You are using an outdated browser. For a faster, safer browsing experience, upgrade for free today.

Seçilmiş mövzular

AZEDU ACADEMY
“Azedu Academy” təhsil və təlim mərkəzi 2022-ci ilin yanvarın 5-də fəaliyyətə başlayıb.
“Azedu Academy”nin əsas missiyası müraciətçilərin keyfiyyətli təhsilə yiyələnməsində, gənc nəslin geniş biliklər əldə etməsində və uğurlu kariyera qurmasında onlara dəstək olmaqdır.
“Azedu Academy”nin başlıca fəaliyyət istiqamətlərinə təhsilin inkişafına yönəlik müxtəlif layihələri həyata keçirmək, xaricdə təhsillə bağlı dəstək vermək (bütün lazımi prosedur qaydaları, qəbul mexanizminin aparılması, xaricdə təhsillə bağlı praktiki maarifləndirmə), sınaq imtahanları, bilik yarışları, olimpiadalar, təlimlər, eləcə də müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlaşan namizədlər üçün kurslar təşkil etmək və s. daxildir.

Qurumun tərkibində Azedu Təlim Akademiyası da fəaliyyət göstərir. Burada peşəkar yerli və xarici mütəxəssislərin liderliyi ilə müntəzəm olaraq müxtəlif istiqamətli təlimlər təşkil olunur.

• Müəllimlər üçün motivasiya xarakterli təlimlər
• Layihə yazılışı
• Liderlik bacarıqları
• Zamanın düzgün idarə edilməsi
• Psixologiya üzrə təlimlər


Vizyonumuz

• Dürüstlük
• Novatorluq
• Fərqlilik
• Korporativ Sosial Məsuliyyətlilik
• Yüksək keyfiyyət
• Yüksək xidmət